AZ

İsrail hələ də İrandan raketlər atıldığını açıqlayıb

BAKI, 8 aprel. TELEQRAF

İsrail ordusu İran tərəfindən yeni raket atışlarının həyata keçirildiyini və onların qarşısının alınması üçün müdafiə sistemlərinin işə salındığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda qeyd olunub.

“İran ərazisindən İsrail istiqamətində raket buraxılışları qeydə alınıb. Müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün fəaliyyət göstərir”, - deyə açıqlamada bildirilib.

Qeyd olunur ki, bu məlumat İran ətrafında atəşkəsin əldə olunması ilə bağlı xəbərlərdən sonra yayılıb.

Seçilən
52
teleqraf.com

1Mənbələr