AZ

Tramp İranı yox etməklə bağlı bəyanatına aydınlıq gətirməkdən imtina edib

ABŞ prezidenti “İran sivilizasiyasının məhv olacaq”  sözlərini izah etməkdən yayınıb...

ABŞ prezidenti Donald Tramp İranın razılaşmaya getməyəcəyi təqdirdə “İran sivilizasiyasının məhv ola biləcəyi” barədə səsləndirdiyi bəyanata aydınlıq gətirməkdən imtina edib.

Poliqon xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Jurnalistlərin sualına cavab verən Tramp bildirib: “Bunu özünüz öyrənməli olacaqsınız”. Prezident bununla da əvvəlki açıqlamasının motivləri və konkret məzmunu barədə əlavə şərh verməkdən yayınıb.

Qeyd olunur ki, Trampın sözügedən bəyanatı beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub və xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ciddi narahatlıq yaradıb. Ekspertlər hesab edir ki, belə sərt ritorika diplomatik proseslərə mənfi təsir göstərə və tərəflər arasında etimadı daha da zəiflədə bilər.

Analitiklərə görə, Vaşinqtonun bu cür mesajları Tehrana təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, İran tərəfinin də oxşar ritorikadan istifadə etməsi regionda eskalasiyanı daha da dərinləşdirə bilər.

Hazırda ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı danışıqların davam etdiyi bir şəraitdə bu tip açıqlamalar prosesin gedişinə təsir edə biləcək mühüm faktor kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr