Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə millimiz ikinci yoldaşlıq oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.
Komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda millimiz 8:5 hesablı qələbə qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta