AZ

Müəllim şagirdləri ilə qeybət etdiyinə görə vəzifəsindən qovuldu

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyada müəllim şagirdlərlə həddindən artıq yaxın münasibət qurduğu üçün peşəsindən uzaqlaşdırılıb. Somerset qraflığındakı məktəblərin birində texnologiya dərsi deyən Nataşa Blekmorun fəaliyyətinə daxili araşdırmadan sonra son qoyulub.Məlum olub ki 36 yaşlı müəllim tənəffüs və nahar fasilələrində yuxarı sinif şagirdlərinə öz şəxsi həyatı və romantik münasibətləri barədə detallı məlumatlar verirmiş. O şagirdləri sosial şəbəkədə qrupa əlavə edərək onlarla dərsdənkənar ünsiyyət saxlayıb hətta tətildə yeni ev heyvanını göstərmək üçün görüş də təşkil edib. Şagirdlərin bir qismi müəllimin özünü pedaqoq kimi deyil rəfiqə kimi apardığını bəziləri isə onun tərəfindən müəyyən təzyiq hiss etdiklərini bildiriblər.Valideynlərin şikayəti əsasında başlayan yoxlamalar zamanı Blekmor bəzi faktları etiraf etmək məcburiyyətində qalıb. Pedaqoji fəaliyyətin tənzimlənməsi komissiyası bu davranışı qeyri-peşəkar hesab edərək onun dərs demək hüququnu qeyri-müəyyən müddətə məhdudlaşdırıb. Keçmiş müəllim yalnız iki ildən sonra qərarın yenidən nəzərdən keçirilməsi üçün müraciət edə biləcək.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
demokrat.az

1Mənbələr