AZ

"Oyunun taleyini daha tez həll edə bilərdik" - Valdas Dambrauskas

"Sabah" Misli premyer-liqasının 26-cı turunda "Araz-Naxçıvan"ı məğlub etdi - 4:2.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Əvvəlcə "Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm. Çox böyük qalibiyyət əldə etdik. Oyuna kifayət qədər yaxşı başlamadıq. Matç bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı. Çox şadam ki, qol buraxdıqdan sonra yaxşı reaksiya verdik. Layiqli qələbə qazandıq. Oyunun taleyini daha tez həll edə bilərdik. Çox qol fürsətimiz var idi. Qələbəyə görə xoşbəxtəm. Üç gündən sonra yeni oyun olacaq. Artıq bu matçı unudub, qarşıdakı görüşə köklənməliyik

- Bu cür performansı mövsümün sonuna qədər davam etdirə biləcəyinizi düşünürsüz, yoxsa, ehtiyat edirsiz ki, hansısa eniş yaşana bilər?
- Bu, məni narahat etmir. Mən sadəcə qarşıdakı oyunu fikirləşirəm. O qarşılaşma məni narahat edir. Çünki yaxşı bərpa olmalıyıq. Oyunlar qısa müddət ərzində keçirildikdə, əlavə taktika keçə bilmirik. Amma gördüyümüz işlər 8-9 ayın göstəricisidi.

- "Sabah"ın avrokuboklara vəsiqə qazanması dəqiqləşdi. Bu faktı bilirdiz? Buna görə təbrik almışdız, yoxsa əsas təbriki mövsümün sonunda alacaqsız?
- Həqiqətən bu barədə bilmirdim. Bizim üçün böyük uğurdu. Mən bura gəlməmişdən öncə hədəf Avropada iştirak etmək idi. Bunları unuduruq, bu haqda düşünmürük.

- İvan Lepnitsanın durumu nə yerdədi? Üstəlik, onun adı xarici klublarla hallanır. Bu haqda onunla söhbət etmisiz?
- Sualın ikinci hissəsi ilə başlayım. Oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Önəmli olan odu ki, hər futbolçu qarşıdakı matçlara köklənsin. Gələcəyi barədə danışmaq çox tezdi. Vəziyyətinə gəlsək, o, bu gün ehtiyat oyunçular skamyasında idi. Kiçik zədəsi var idi. Buna görə onu riskə atmaq istəmədik. İstədik bərpa keçsin və qarşıdakı matçlara hazırlaşsın. Bizim üçün çox önəmli oyunçudu. Abdullah Xaybullayev də çox yaxşı oyun sərgilədi. Lepinitsanın yoxluğunu hiss etdirmədi.

- Faiz etibarı ilə götürsək, "Selye" və "Levski" ilə görüşlərdəki "Sabah"la indiki arasında nə qədər dəyişiklik var? Nə qədər yol qət etmisiz?
- Əlbəttə ki, bu faizi hesablaya bilmərəm. Mən məktəbdə riyaziyyatda o qədər yaxşı olmamışam. "Levksi"dən bu yana 30-a yaxın oyun oynamışıq. İnkişaf var, daha yaxşı oynayırıq, yeni futbolçular bizə qoşuldu. İnkişaf elədi ki, bir oyun pis oynasaq da, ondan sonra yenə pis oyun olsa, soruşacaqsız ki, inkişaf hardadı? Hazırda yaya iki ay qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiz, mən də fəlsəfi cavab verdim.

- Oyunun gedişində Hamidu Keyta ilə söhbətiniz oldu. Sirr deyilsə, nə haqda danışırdız?
- Xüsusi bir şey deyildi. Ləğv edilən 4-cü qolumuzu müzakirə etdik.

Seçilən
23
8
football-plus.az

9Mənbələr