AZ

Rusiyada maraqlı LAYİHƏ: Görüşənlərə 100 min rubl VERİLƏCƏK

Ruslar hər görüş üçün 100.000 rubl almağa başlaya bilərlər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün yeni və maraqlı bir təşəbbüs irəli sürülüb.

İctimai xadimlər təklif edirlər ki, vətəndaşlara görüşmələri üçün dövlət tərəfindən 100 min rubl (təxminən 2 170 manat) məbləğində ödəniş edilsin.

Təşəbbüsə əsasən, əgər həmin cütlük görüşdükdən sonra bir il ərzində nikah bağlayarsa, dövlət onlara əlavə olaraq mükafat da verəcək.

Bu təklifin məqsədi ailə qurmaq istəyən gənclərə dəstək olmaq və ölkədə doğum göstəricilərini artırmaqdır.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
27
interpress.az

1Mənbələr