AZ

Azərbaycan Basketbol Liqasında pley-offun bütün cütləri bəlli olub

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin bütüncütləri müəyyənləşib.

Trend-inməlumatına görə, “pley-in” mərhələsində “Sumqayıt” öz meydanındaNTD ilə qarşılaşıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləngörüşdə qonaqlar 95:88 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, ilk oyunda da NTD üstün olmuşdu – 121:107. Bu ikiqələbə sayəsində komanda növbəti mərhələyə adlayıb.

Bundan əvvəl “Naxçıvan”, “Şəki” və “Gəncə” komandaları dapley-offa yüksəlmişdilər.

Beləliklə, pley-off mərhələsində aşağıdakı cütlüklər mübarizəaparacaq:

“Sabah” – “Naxçıvan”

“Abşeron Lions” – “Şəki”

“Neftçi” – NTD

“Ordu” – “Gəncə”

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr