AZ

Sənaye sektoru üzrə biznes kredit portfeli böyüyüb

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycan banklarının sənaye sektoru üzrəbiznes kredit portfeli 2,738 milyard manat təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıqmüqayisədə 7 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrünənisbətən isə 36 milyon manat 1,3% artıb.

Belə ki, sənaye sektoru üzrə banklar tərəfindən verilmiş bizneskreditlərin məbləği 2026-cı ilin fevralın 1-nə 2,731 miyard manat,ötən ilin martın 1-nə isə 2,702 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda banklarınkredit portfeli 30,119 milyard manat olub. Kredit portfelininstrukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat),istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipotekakreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.

Məqalədə:
Seçilən
13
3
az.trend.az

8Mənbələr