Avtomobildə nəzarətsiz qalan 2 azyaşlı qəzaya səbəb oldu... Öölən və xəsarət alan var...
Xezerxeber.az xəbər verir ki, hadisə bir neçə gün öncə qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı uşaqlar avtomobildən düşməyi bacarıb. Amma, qarşıda gələn iki qadın qəzadan xilas ola bilməyib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, aprelin 3-ü tarixində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyadavurma ilə bağlı çağırış qeydə alınıb. Təcili tibbi yardım briqadası tərəfindən 33 yaşlı qadının həkiməqədər ölüm faktı qeydə alınıb. 34 yaşlı qadın müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Sağ dizin əziyi diaqnozu təyin edilən pasiyent ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Baş Dövlət Yol Polis İdarəsi sürücülərə çağırış edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.