Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail Baş Konsulluğu yaxınlığında baş verən silahlı hücumla bağlı danışıb.
“Yeni Sabah”ın Anadolu-ya istinadla xəbər verir ki, o, hadisəni qəti şəkildə pisləyərək bunun planlaşdırılmış təxribat olduğunu bildirib.
Dövlət başçısı silahlı insidenti əvvəlcədən planlaşdırılmış təxribat adlandırıb:
“Bu cür təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər verilməsinə imkan verməyəcəyik”.
Türkiyə Prezidenti vurğulayıb ki, ölkədə sabitliyi pozmağa yönəlmiş bu cür addımlar qəbuledilməzdir və hüquq-mühafizə orqanları tərəfindən dərhal qarşısı alınır.
Telegram kanalımız