AZ

Ərdoğan Baş Konsulluğa hücumla bağlı danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail Baş Konsulluğu yaxınlığında baş verən silahlı hücumla bağlı danışıb.

“Yeni Sabah”ın Anadolu-ya istinadla xəbər verir ki, o, hadisəni qəti şəkildə pisləyərək bunun planlaşdırılmış təxribat olduğunu bildirib.

Dövlət başçısı silahlı insidenti əvvəlcədən planlaşdırılmış təxribat adlandırıb:

“Bu cür təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər verilməsinə imkan verməyəcəyik”.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkədə sabitliyi pozmağa yönəlmiş bu cür addımlar qəbuledilməzdir və hüquq-mühafizə orqanları tərəfindən dərhal qarşısı alınır. 


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr