AZ

"Real Madrid" İtaliya klubunun futbolçusu ilə müqavilə bağladı

"Real Madrid" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı "El Chiringuito" yayıb.

"Kral klubu" "Komo"nun yarımmüdafiəçisi Niko Pas ilə müqavilə bağlayıb. İspaniya nəhəngi bu keçid üçün qarşı tərəfə  9 milyon avro ödəyəcək. Pas isə iyulun 1-də "Real"a qoşulacaq.

Qeyd edək ki, sözügedən oyunçunu 2024-cü ildə "Komo"ya məhz "Real" satmışdı. Onun müqaviləsinə Madrid təmsilçisinin bu futbolçunu istədiyi vaxt geri ala biləcəyi ilə bağlı bənd salınmışdı.

Toğrul

Seçilən
26
1
fanat.az

2Mənbələr