AZ

Minskdə Gəncə Avtomobil Zavodunda MAZ şassisi əsasında yeni partiya kommunal texnikanın yığılması ilə bağlı saziş imzalanıb

Bakı.Trend:

7 aprel 2026-cı il tarixində Belarusun paytaxtı Minsk şəhərindəGəncə Avtomobil Zavodunda MAZ şassisi bazasında 100 ədəd yenikommunal texnika yığılması haqqında saziş imzalanıb.

Trend-inxüsusi müxbirinin verdiyi məlumata əsasən, bu saziş Belarus dövlətbaşçısının Azərbaycana dövlət səfəri zamanı AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və Belarus RespublikasınınPrezidenti Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqlarınicrası çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, GəncəAvtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev və“MAZ” ASC-nin Baş direktoru Valeri İvankoviç imzalayıblar. Kommunaltexnika Ekologiya və təbii sərvətlər nazirliyi sifarişi iləyığılır.

Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasındaəməkdaşlıq Azərbaycan və Belarus arasında dövlət başçıları İlhamƏliyev və Aleksandr Lukaşenko tərəfindən əsası qoyulmuş ikitərəfliiqtisadi əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinəyönəlib.

2 mart 2026-cı il tarixində Gəncə Avtomobil Zavodu ilə MinskAvtomobil Zavodunun yeni əməkdaşlığı çərçivəsində istehsal olunmuşyeni kommunal texnika Azərbaycan Prezidenti İlham Əliyevə təqdimedilib. Dövlət başçısı tərəfindən verilmiş yüksək qiymətmüəssisələr arasında əməkdaşlığın genişləndirilməsinə və yenimüqavilənin bağlanmasına stimul olub. “Bu gün imzalanan sənədAzərbaycan və Belarus prezidentləri tərəfindən bizə göstərilənyüksək etimadın təsdiqidir. İstehsal etdiyimiz kommunal texnikanınmart ayında ən yüksək səviyyədə bəyənilməsi yeni – 100 ədəd texnikaüzrə müqavilənin icrası zamanı da riayət etməyi planlaşdırdığımızyüksək meyar müəyyən edib.

Belarus istehsalçıları ilə əməkdaşlığımız uğurla və səmərəlişəkildə inkişaf edir. Bu əməkdaşlıq müasir keyfiyyət standartlarınavə bazar tələblərinə cavab verən məhsulların istehsalına imkanyaradır”, - deyə Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədriXanlar Fətiyev vurğulanıb.

Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsindəistehsal olunan kommunal texnika Gəncədə hazırlanmış və yığılmışmüasir avadanlıqlarla təchiz edilir. Bu texnika respublikanın bütünərazisində şəhər infrastrukturuna xidmət göstərmək üçün nəzərdətutulmuşdur. Bu layihə ölkənin kommunal texnika parkınınyenilənməsinə töhfə verir.

Minskdə
Minskdə
Minskdə
Minskdə
Seçilən
7
6
az.trend.az

7Mənbələr