AZ

Gəncə avtomobil zavodu MAZ ilə böyük saziş imzaladı. » AzadMedia.az

Gəncə

Aprelin 7-də Belarusun paytaxtı Minsk şəhərində Gəncə Avtomobil Zavodu İB-də MAZ şassisi bazasında 100 ədəd yeni kommunal texnikanın yığılması ilə bağlı saziş imzalanıb. Bu saziş Belarus dövlət başçısının Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində imzalanıb.
Sənədi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “MAZ” ASC-nin Baş direktoru Valeri İvankoviç imzalayıblar. Kommunal texnikalar Ekologiya və təbii sərvətlər nazirliyinin sifarişi ilə yığılır.
Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasında əməkdaşlıq Azərbaycan və Belarus arasında dövlət başçıları İlham Əliyev və Aleksandr Lukaşenko tərəfindən əsası qoyulmuş ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlib.
2 mart 2026-cı il tarixində Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodunun yeni əməkdaşlığı çərçivəsində istehsal olunan kommunal texnika Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. Dövlət başçısı tərəfindən verilən yüksək qiymət müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinə və yeni müqavilənin bağlanmasına stimul olub:
“Bu gün imzalanan sənəd Azərbaycan və Belarus prezidentləri tərəfindən bizə göstərilən yüksək etimadın təsdiqidir. İstehsal etdiyimiz kommunal texnikanın mart ayında ən yüksək səviyyədə bəyənilməsi yeni – 100 ədəd texnika üzrə müqavilənin icrası zamanı da riayət etməyi planlaşdırdığımız yüksək meyar müəyyən edib. Belarus istehsalçıları ilə əməkdaşlığımız uğurla və səmərəli şəkildə inkişaf edir. Bu əməkdaşlıq müasir keyfiyyət standartlarına və bazar tələblərinə cavab verən məhsulların istehsalına imkan yaradır”, - deyə Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev vurğulayıb.
Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində istehsal olunan kommunal texnika Gəncədə hazırlanan və yığılan müasir avadanlıqlarla təchiz edilir. Bu texnika respublikanın bütün ərazisində şəhər infrastrukturuna xidmət göstərmək üçün nəzərdə tutulub. Bu layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.







Seçilən
5
6
azadmedia.az

7Mənbələr