AZ

Bu meyvələr hormonları pozur AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mövsümündə olmayan meyvələrin istehlakı getdikcə genişlənən problem kimi diqqət çəkir. Bu meyvələr çox vaxt xeyli uzaq məsafələrdən idxal olunur və yetişdirilməsi zamanı konservantlar, pestisidlər və kimyəvi gübrələrdən geniş istifadə edilir ki, bu da onların saxlanma müddətini uzatmaq və görünüşünü saxlamaq məqsədini daşıyır. Sağlamlıq baxımından risklər əsasən kimyəvi qalıqlar, vitamin və mineralların azalması, həmçinin həzm sisteminə təsir göstərən əlavələrlə bağlıdır. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, mövsümündə olmayan meyvələrin, məsələn, alçanın qışda və ya erkən yazda satışda olması artıq adi haldır. "Lakin bu məhsulların həm qida dəyəri, həm də təhlükəsizliyi ilə bağlı bəzi vacib məqamları nəzərə almaq lazımdır. Sağlamlıq baxımından risklər tam “zəhərli” olduğunu deməyə imkan verməsə də, pestisid qalıqları, nitrat və digər kimyəvi maddələr mövcuddur. Pestisidlər yaxşı yuyulmadıqda və ya normadan artıq istifadə edildikdə orqanizmdə yığılır və uzunmüddətli təsirləri hormonal pozğunluqlar və allergik reaksiyalarla əlaqələndirilir. Erkən yetişdirmə üçün gübrələrin həddindən artıq tətbiqi isə nitrat səviyyəsini yüksəldə bilər".Həmçinin oxu: Bakıda kilosu 120 manata alça satılırEkspert bildirib ki, bundan əlavə, mövsümdənkənar meyvələrin qida dəyəri də aşağı olur, vitamin və antioksidant miqdarı təbii yetişən məhsullarla müqayisədə daha azdır, dad və aroması isə çox vaxt kifayət qədər zəngin olmur."İstehlak zamanı meyvələri axar su altında yaxşı yumaq, mümkün olduqda sirkəli və ya sodalı suda saxlamaq, çox parlaq və qeyri-təbii görünən məhsullardan uzaq durmaq, mövsümdənkənar məhsulları tez-tez və böyük miqdarda istehlak etməmək, imkan varsa yerli və mövsümi məhsullara üstünlük vermək, qabığı yeyilməyən meyvələrdə qabığı soymak tövsiyə olunur. Ümumiyyətlə, mövsümündə olmayan meyvələri əsas qida mənbəyi kimi istifadə etmək məsləhət deyil və ən təhlükəsiz, faydalı seçim həmişə mövsümündə, təbii şəraitdə yetişmiş meyvələrdir. Sağlam qidalanın, sağlam yaşayın!"Sağlamlığı qorumaq üçün bu tip meyvələri istehlak edərkən ehtiyatlı olmaq lazımdır. Ekspert meyvələri axar su altında uzun müddət yumağı, sirkəli və ya sodalı suda saxlamağı məsləhət görür. Qeyri-təbii dərəcədə parlaq görünən məhsullardan qaçmaq və mümkün qədər qabığı soyaraq yemək riskləri müəyyən qədər azalda bilər. Hər bir halda ən faydalı seçim təbii dövründə yetişmiş, yerli məhsullara üstünlük verməkdir.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr