AZ

Kremlin: “Rusiya enerji resurslarına tələbat artıb”

Kremlin:
Kremlinin sözçüsü Dmitri Peskov bildirib ki, dünyada iqtisadi və enerji böhranı dərinləşir və bu fonda Rusiya enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. 1news.az xarici mediaya istinadən xəbər verir ki, Moskva şəhərində jurnalistlərin suallarını cavablandıran Peskov qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr qlobal enerji bazarındakı şərtləri dəyişib:

“Alternativ regionlardan enerji resurslarımızı almaq üçün çoxsaylı müraciətlər daxil olur. Dünya getdikcə miqyası genişlənən ciddi iqtisadi və enerji böhranına doğru inamla irəliləyir”. Onun sözlərinə görə, Rusiya müxtəlif ölkələrlə enerji sahəsində danışıqlar aparır və bu proseslər ölkənin maraqları çərçivəsində davam etdirilir.

Peskov həmçinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna Ukrayna tərəfindən pilotsuz uçuş aparatı ilə həyata keçirilən son hücuma da münasibət bildirib. O vurğulayıb ki, bu cür hücumlar ilk dəfə baş vermir və beynəlxalq əhəmiyyətli boru kəməri dəfələrlə zərər görüb.

Seçilən
22
1
1news.az

2Mənbələr