AZ

İran müharibəsi Britaniya xidmət sektorunda xərcləri artırır, ümidləri azaldır



Britaniyanın xidmət sektorunda fəaliyyət göstərən şirkətlər mart ayında xərclərin 2021-ci ildən bəri ən böyük artımını qeyd edib. Səbəb enerjiyə və nəqliyyata çıxan xərclərin yüksəlməsidir. S&P Global-in xidmət sektoru üçün açıqladığı satınalma menecerləri indeksi (PMI) fevralın 53.9-dan martda 50.5-ə düşərək 11 ayın ən aşağı səviyyəsinə geriləyib.

Sorğuda iştirak edənlərin təxminən 40%-i xərclərinin martda artdığını bildirib. Şirkətlər enerjiyə, xammala və daşımaya çıxan yüksək qiymətləri müştərilərə ötürmək məcburiyyətində qalıblar. Eyni zamanda, tələbat zəifləyib və ixrac sifarişləri 46.3-ə enərək 11 ayın ən sürətli düşüşünü göstərib.

S&P Global Market Intelligence-in iqtisadiyyat direktoru Tim Moore bildirib ki, Yaxın Şərqdəki münaqişə müştərilər arasında risk ehtiyatını artıraraq investisiya qərarlarını təxirə salıb. Şirkətlər həmçinin yeni sifarişlərdə iyuldan bəri ən böyük azalma ilə qarşılaşıblar, baxmayaraq ki, işçi azaldılması dörd ayın ən yavaş tempi ilə həyata keçirilib.

Xidmət sektoru şirkətləri gələcəyə dair optimizmin ən zəif səviyyədə olduğunu, İran müharibəsinin davamlılığı və onun inflyasiya, təchizat zəncirləri və borclanma xərclərinə təsirindən narahat olduqlarını vurğulayıblar.

aia.az
Tərcümə şöbəsi



Seçilən
25
aia.az

1Mənbələr