AZ

Bu ərazilərə yenə yağış yağacaq - Rayonların havası

Aprelin 8-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb. 

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı, şimşək, dolu, dağlıq ərazilərdə isə qar ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, şərq küləyi isə bəzi ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Axşam saatlarında yağıntılar tədricən kəsiləcək, arabir duman müşahidə ediləcək və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə əsasən yağmursuz hava gözlənilsə də, gecə dağlıq ərazilərdə, gündüz isə bəzi yerlərdə arabir yağıntı ehtimalı var. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı mümkündür. Arabir duman müşahidə ediləcək, şərq küləyi isə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Şərqi Zəngəzur bölgəsi – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda əsasən yağmursuz hava şəraiti hökm sürəcək, lakin gündüz bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə şimşək, dolu və dağlıq yerlərdə qar ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntı ehtimalı var. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi mümkündür. Arabir duman müşahidə olunacaq, şərq küləyi isə bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda gecə qərb rayonlarında, axşam isə şərq rayonlarında arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° isti, gündüz 11-16° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti olacaq.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin gündüz bəzi yerlərdə arabir yağış gözlənilir. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 17-20° isti, dağlarda gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.


Telegram kanalımız
Seçilən
61
49
yenisabah.az

10Mənbələr