AZ

İngiltərə millisinin üzvü "Mançester Yunayted"də qalacaq - RƏSMİ

"Mançester Yunayted" mövsümün sonunda müqaviləsi başa çatan Harri Maquayrla bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli futbolçu ilə yola davam  edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Tərəflər istəsələr, anlaşmanın müddətini daha 1 il uzada bilərlər.

Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin yayında "Lester Siti"dən 87 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
27
1
sportal.az

10Mənbələr