AZ

“Sertifikasiya imtahanlarının məqsədi də məhz budur” Təhsil eksperti

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Mən sertifikasiya imtahanlarını dəstəkləyirəm. Bu proses bir reallığı ortaya qoydu. Bəzi müəllimlərin öz ixtisası üzrə ali təhsili yoxdur və ya ixtisasından kənar sahə üzrə təhsil alaraq müəllimlik edirlər. Hətta ixtisası üzrə müəllim olanların bir qisminin də öz sahəsini yetərincə yaxşı bilmədiyi üzə çıxdı”.

Bunu 525.az-a təhsil eksperti Ramin Nurəliyev bildirib. Onun sözlərinə görə, hər kəs övladını məktəbə göndərəndə istəyir ki, ona savadlı, peşəkar müəllim dərs desin. Təhsil sistemi də bunu hədəfləyir - məktəblərdə güclü müəllimlər qalsın. Sertifikasiya imtahanlarının məqsədi də məhz budur:

“Məqsəd öz ixtisasını yaxşı bilən, müasir texnologiyalarla işləməyi bacaran və dövrün tələblərinə uyğun dərs deyən müəllimləri məktəblərdə saxlamaqdır". 

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr