AZ

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-dəTürkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürküqəbul edib.

Trend xəbər verir ki, TürkiyəRespublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görəminnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəfhissi duyduqlarını dedi.

Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanınsalamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahişetdi.

Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinəəsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurluinkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan və Türkiyəqədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edildi.

Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurluəlaqələrin qurulduğu bildirildi, bu xüsusda Türk DövlətləriTəşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığatoxunuldu, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmivurğulandı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikirmübadiləsi aparıldı.

Seçilən
26
49
az.trend.az

10Mənbələr