AZ

“Yapı Kredi Bank Azərbaycan”ın rəhbəri cərimələndi: hesabat qaydaları pozulub

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) “Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bizimyol.info xəbər verir ki, AMB-nin açıqlamasına görə, bank prudensial hesabatların tərtibi və təqdimatı ilə bağlı qaydaları pozub. Bu pozuntu qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsi əsasında 1 500 manat məbləğində cəriməyə səbəb olub.

Qurum bildirib ki, hesabat forması ilə bağlı yaranmış pozuntular bankın maliyyə stabilliyinə təhlükə yaratmır və əsasən inzibati xarakter daşıyır.

“Yapı Kredi Bank Azərbaycan” 2007-ci ildə “Koç Bank” adı ilə fəaliyyətə başlayıb, daha sonra indiki adını alıb. Bankın nizamnamə kapitalı 55,38 milyon manat, qanuni təmsilçisi isə Yuksel Cenk Caferdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr