AZ

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

ABŞ-ın İraq və Əfqanıstan əməliyyatları zamanı İranın mövqeyi yenidən gündəmə gətirilib.

AzNews.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz xüsusilə hazırkı İran müharibəsi zamanı qardaş Türkiyənin bəzi sayt və kanallarının iranyönümlü mövqe tutmaları fonunda qeyd edib.

O xatırladıb ki, ABŞ 2001-ci ildə Əfqanıstanı, 2003-cü ildə isə İraqı işğal etmişdi:

“Bəs, ona bu işğalda ən çox dəstək verən kim olmuşdu? Yəqin ki, dərhal ABŞ-ın həmin illərdə Avropa ölkələrini yanına alaraq qurduğu koalisiya qüvvələri ağlınıza gələcək. Yanılırsınız. Hətta koalisiya qüvvələrindən də artıq ABŞ-a dəstək verən bir başqa güc vardı – İran.

İranın sabiq prezidenti Əhmədinejad 2009-cu ildə seçkiqabağı kampaniyası çərçivəsində İRNA agentliyinə verdiyi müsahibəsində deyirdi: “Amerika İranın şər oxunun bir hissəsi olduğunu deyir. Onlar bizi belə təhqir edirlər, baxmayaraq ki, İran Əfqanıstan və İraqda onlarla ən çox əməkdaşlıq edən ölkə olmuşdur”.

Politoloq daha sonra bu mövzuda danışan SEPAH-ın o vaxtkı yüksək rütbəli rəsmisindən sitat gətirib:

“SEPAH-ın keçmiş yüksək rütbəli komandiri, uzun müddət molla rejiminin Məşvərət Şurasının katibi vəzifəsini icra edən Möhsün Rzai 2005-ci ildə verdiyi bir müsahibəsində demişdi: “İranın Əfqanıstan və İraqdakı müttəfiqləri Taliban və Səddam Hüseynin devrilməsində mühüm rol oynadılar və İran bu ölkələrə lazımi yardımı göstərdi. Şimal Alyansına (NATO-ya – red.) məsləhət verən bəzi İnqilab Keşikçiləri komandirləri Kabilin ələ keçirilməsində əsas rol oynadılar. Bunlar şəhər müharibəsi üçün xüsusi təlim keçmiş və İran-İraq müharibəsi zamanı bu sahədə təcrübə qazanmış qüvvələr idi. Onlar bu qrupa məsləhət verməkdə çox təsirli və fəal idilər. Lakin Amerika hərbi təbliğatı bu uğurların çoxunu öz adına çıxdı, mənimsədi”.

Həm Əfqanıstanın, həm də İraqın işğalı zamanı İranın prezidenti olan Məhəmməd Xatəminin elə həmin illərdə səsləndirdiyi bu fikirlərə də diqqət yetirin: "Taliban bizim düşmənimiz idi. Amerika da Talibanı öz düşməni hesab edirdi. Əgər onlar Talibanı devirsəydilər, bu, İranın maraqlarına xidmət olardı”. Yəni Xatəmi həzrətləri öz müsəlman düşmənçiliklərini və satqınçılıqlarını milli maraqlarla əsaslandırırdı.

Seçilən
12
aznews.az

1Mənbələr