AZ

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Mətbuat Şurasından Adalet.az-a verilən məlumata görə, toplantıda media orqanları ilə bağlı 4 məsələ nəzərdən keçirilib. 1 şikayətin qərar çıxarılması üçün Şuranın İdarə Heyətinə təqdim edilməsi məqsədəuyğun sayılıb.

İclasda bildirilib ki, media orqanları yazı hazırlayarkən, bir qayda olaraq, tənqid hədəflərinin mövqeyinin öyrənilib bildirilməsinə laqeyd yanaşırlar. Tənqidi materiallarda yalnız qarşı tərəfin mövqeyinin işıqlandırılmasına razılığa dair qeyd ifadəsini tapır ki, bu, heç də həmişə yetərli sayıla bilməz. Elə şikayət doğuran materiallar da var ki, onlarda media orqanı qarşı tərəflə əlaqə saxlamaq cəhdlərinin səmərəsizliyini vurğulayır, lakin sonradan tənqid hədəfi həmin materialla bağlı Şuraya müraciət edir, narazılığını bildirir. Halbuki media orqanının qaldırdığı məsələyə əvvəldən həssas yanaşılmalı idi.

“Bundan başqa, Şuraya media orqanları ilə bağlı bir sıra şikayətlərdə motiv aydın şəkildə əksini tapmır, narazılıq əsaslandırılmır, cavabdeh kimi götürülən tərəfə etiraz ümumi sözlərlə ifadə olunur.

Daha bir xarakterik məqam yanlışlığın təkrarlanması ilə bağlıdır. Media orqanları bir çox hallarda hansısa yanlış təqdimatı heç bir araşdırma aparmadan, olduğu kimi yayımlayırlar. Belə hallarda qanun məsuliyyətli tərəf kimi ilk mənbəni götürsə də, yaranmış mənzərə düzgün olmayan bilginin kütləviləşməsini doğurur ki, bu isə öz növbəsində tənqid hədəflərinə münasibətdə yolverilməz və haqsız durum formalaşdırır.

Yaxşı olar ki, hər bir media orqanı yayılmış hansısa məlumatın və ya bilginin səs-küy doğurabilmə ehtimalının yüksəkliyini bir kənara qoyaraq, onun nə dərəcədə həqiqətlə uzlaşdığını müəyyənləşdirsin, fərdi araşdırma aparsın. Bu cəhət onun ictimai maraq və mənafeləri nəzərə alması baxımından vacibdir və cəmiyyətdə nüfuzunu şərtləndirir”,- deyə iclasda qeyd olunub.

İclasda bütün bu kimi halların Mətbuat Şurasının İdarə Heyətində müzakirəsinin vacibliyi vurğulanıb.

Seçilən
20
16
adalet.az

10Mənbələr