Bakı. Trend:
Bu ilin aprelin 6-da Azərbaycanda istehsal olunan elektrikenerjisinin 29 faizindən çoxu bərpa olunan enerji mənbələrininpayına düşüb.
Trend bubarədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, aprelin 6-da ölkədə ümumilikdə 62,6 milyonkilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 18,2milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təminolunub.
Elektrik enerjisinin 12,4 milyon kilovat-saatı su elektrikstansiyalarında, 5,8 milyon kilovat-saatı isə günəş və küləkelektrik stansiyalarında istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilinyanvar-fevral aylarında Azərbaycanda 4,347 milyard kilovat-saat(kVt/saat) elektrik enerjisi istehsal edilib. Bu göstərici 2025-cieyni aylarındakı göstərici ilə müqayisədə 237,1 milyon kVt/saat vəya 5,2% azdır.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 4,212 milyardkVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 216 milyonkVt/saat və ya 4,9% azalma deməkdir.
Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevralaylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub vəxidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyonmanat təşkil edib.