Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyanın Krasnoyarsk diyarında müstəntiqlər ötən gün saxlanılan regional tarif siyasəti naziri Aleksandr Ananyevə qarşı ittiham irəli sürüblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Ananyev Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsi (rüşvətalma) ilə ittiham olunur.
Müstəntiqlərin sözlərinə görə, 2022-ci ilin avqustunda Ananyev diyarın sənaye, energetika və mənzil-kommunal xidmətlər naziri vəzifəsində çalışarkən ona enerji şirkətinin sahibi müraciət edib. Nazir 10 milyon rubl müqabilində şirkətə ərazi şəbəkəsi təşkilatı statusu verəcəyini vəd edib. 2022-ci ilin noyabr ayında təqsirləndirilən şəxs rüşvətin ilk hissəsini - beş milyon rublu alıb.
2023-cü ilin oktyabr ayından etibarən Ananyev Krasnoyarsk diyarının tarif siyasəti naziri vəzifəsində çalışıb. Daha əvvəl, 2021-ci ildən 2023-cü ilə qədər o, Sənaye, Energetika və Mənzil-Kommunal Xidmətlər Nazirliyinə rəhbərlik edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.