AZ

Bankların nəqliyyat sahəsi üzrə biznes kredit portfeli böyüyüb

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrəbiznes kredit portfeli 1,908 milyard manat təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıqmüqayisədə 14,5 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrünənisbətən isə 431,7 milyon manat 29,2% artıb.

Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmişbiznes kreditlərin məbləği 2026-cı ilin fevralın 1-nə 1,893 miyardmanat, ötən ilin martın 1-nə isə 1,475 milyard manat təşkiletmişdi.

Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda banklarınkredit portfeli 30,119 milyard manat olub. Kredit portfelininstrukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat),istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipotekakreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.

Məqalədə:
Seçilən
18
3
az.trend.az

8Mənbələr