ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Şəki, 7 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin növbəti səfəri Şəki şəhərinə olacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Dram Teatrından məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində aprelin 8-də saat 15:00-da Şəki teatrında uşaq və gənclərin iştirakı ilə tədbir keçiriləcək.
Müxbir – Mustafa Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.