AZ

Bakıda evin dağıntıları altında qalan qadının durumu açıqlandı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sabunçu Tibb Mərkəzinin məlumatı

07.04.2026-cı il tarixində saat 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, G.Əsədov küçəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Döş qəfəsinin əziyi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymərləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Seçilən
23
5
yenisabah.az

7Mənbələr