AZ

Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı (FOTO)

Bakı. Trend:

“Unibank” KB ASC enerji səmərəliliyinin artırılmasına yönəlmiştəşəbbüslərin dəstəklənməsi istiqamətində Enerji MəsələləriniTənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.Müqavilə çərçivəsində Unibank müvəkkil kredit təşkilatı qismindəEnerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərintəqdim edilməsini həyata keçirəcək.

Sənəd EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Unibank”KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edənHeybət Qədirov tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində enerjieffektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqiməqsədilə güzəştli kreditlərin verilməsi, kreditlərin şərtləri,təyinatı üzrə istifadəsinin monitorinqi, geri qaytarılması vəhesabatlılıq mexanizmləri müəyyən edilib.

EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki,banklarla əməkdaşlıq nəticəsində Fondun vəsaiti hesabına enerjieffektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqiməqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Onunsözlərinə görə, bu kreditlər enerji səmərəliliyi layihələrinihəyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunuoynayacaq.

“Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqətiicra edən Heybət Qədirov isə qeyd edib ki, bütün sahələrdəeffektivliyin artırılması mühüm əhəmiyyət daşıyır və xüsusiləenergetika sahəsində enerji səmərəliliyi aktual istiqamətlərdənbiridir. O, “Unibank”ın bu sahədə həyata keçirdiyi layihələrədiqqət çəkərək, qarşılıqlı əməkdaşlığın davamlı inkişafına hazırolduqlarını vurğulayıb.

Bu əməkdaşlıq çərçivəsində enerji səmərəliliyi layihələrininmaliyyələşdirilməsi üçün yeni imkanlar formalaşır və dayanıqlıiqtisadi inkişafın təşviqinə mühüm töhfə verilir.

Unibank- Sənin Bankın!

Unibank
Unibank
Unibank
Məqalədə:
Seçilən
21
13
az.trend.az

10Mənbələr