AZ

Azərbaycan Universiteti Qazaxıstanda keçirilən "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunur

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində keçirilən "Study in Azerbaijan" təhsil sərgisində iştirak edir.

Sərgi Azərbaycan və Qazaxıstanın elm və təhsil nazirlikləri tərəfindən təşkil olunub.

Tədbir geniş spektrlı təhsil proqramları, təqaüd imkanları təqdim etmək və ziyarətçiləri Azərbaycandakı tələbə həyatı ilə tanış etmək məqsədilə ölkənin aparıcı universitetlərini bir araya gətirir.

Sərginin məqsədi təhsil sahəsində əməkdaşlığı genişləndirmək, tələbələri və gənc mütəxəssisləri Azərbaycanda təhsil imkanları haqqında məlumatlandırmaqdır.

Sərgidən əvvəl Qazaxıstan və Azərbaycan universitetləri rektorlarının II forumu keçirilib. Tədbirdə ölkələr arasında ikitərəfli əməkdaşlıq, eləcə də elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub.

Forum çərçivəsində Azərbaycan Universiteti ilə Qazaxıstanın K.İ.Satbayev Qazaxıstan Milli Tədqiqat Texniki Universiteti, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədləri rektorlar Səadət Əliyeva, Meiram Begentayev, Berik Akhmetov və Yerbol İssakayev imzalayıblar.
 

Seçilən
17
adalet.az

1Mənbələr