AZ

Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı aralarında tanınmış şəxslərin də olduğu 9 nəfər saxlanılıb.

İstintaq çərçivəsində Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü Erden, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan saxlanılıb.

Baş Prokurorluğun açıqlamasında bu şəxslərə narkotik maddə istifadə etmək, satmaq və saxlamaq ittihamlarının irəli sürüldüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, əldə edilən sübutlar, daxil olan məlumatlar və şikayətlər əsasında bu 9 nəfər barəsində saxlanma qərarı qəbul edilib.

Həmidə İbrahimova

Seçilən
24
1
olke.az

2Mənbələr