AZ

Azərbaycanın sayəsində Gürcüstanın statusu dəyişdi - Ekspert

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr Gürcüstanın iqtisadi rolunu tam dəyişdirib: "Bakı-Tbilisi-Ceyhan boru kəməri Gürcüstanı tranzit ölkədən enerji qovşağına çevirdi. Cənub Qaz Dəhlizi bu ölkəyə Avropaya açılan strateji enerji marşrutu qazandırdı. Bakı-Tbilisi-Qars dəmir yolu regionun logistika xəritəsində onun yerini gücləndirdi. Bakı-Supsa xətti Qara dəniz üzərindən çıxış imkanı yaratdı. Yaşıl enerji və elektrik ötürücü layihələri yeni nəsil enerji əməkdaşlığı üçün platforma formalaşdırdı.

Əlqərəz, Gürcüstan Azərbaycanla əməkdaşlıq sayəsində tranzit ölkədən regional enerji və logistika mərkəzinə çevrildi. Sabit gəlir mənbələri əldə etdi. Geosiyasi əhəmiyyətini artırdı. Avropa ilə iqtisadi inteqrasiyasını gücləndirdi.

Deməli, bu münasibətlər sadəcə qonşuluq məsələsini ehtiva etmir, burada qarşılıqlıqlı daha strateji məqamlar var. İndi qalan əsas məsələ ticarətdə payın artırılmasıdır. Bu potensial real göstəricilərdən daha yüksəkdir".
Seçilən
10
2
azvision.az

5Mənbələr