AZ

İnsanlar tarixdə ilk dəfə ən uzaq məsafəyə çatdı “Artemis 2” hədəfinə nail oldu

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

NASA-nın həyata keçirdiyi "Artemis 2” missiyası çərçivəsində astronavtlar Yer orbitindən çıxaraq Ay istiqamətində rekord məsafəyə çatıb. Bu, insanlığın indiyədək kosmosda qət etdiyi ən uzaq məsafə kimi tarixə düşüb.

AZXEBER.COM xəbər verir ki, dörd nəfərlik ekipajı daşıyan "Orion” kosmik gəmisi Yer orbitini tərk edərək Ayın uzaq tərəfinə doğru hərəkət edib. Missiya çərçivəsində astronavtların təxminən 406 min kilometr məsafəyə qədər uzaqlaşacağı gözlənilir ki, bu da əvvəlki rekordları geridə qoyur.  

Qeyd edək ki, bundan əvvəl ən uzaq məsafə rekordu 1970-ci ildə "Apollo 13” missiyası zamanı qeydə alınmışdı.

"Artemis 2” missiyası çərçivəsində ekipaj Ay səthinə eniş etməyəcək. Onlar Ay ətrafında dövrə vuraraq yenidən Yerə qayıdacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azxeber.com

1Mənbələr