AZ

Səhiyyə Nazirliyi dərman təhlükəsizliyi üçün yeni rəqəmsal mexanizmi açıqlayıb

Bakı. Trend:

Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə bu sahədəən effektiv vasitələrdən biri rəqəmsal izləmə – yəni Track & Tracesistemidir.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərmanvasitələinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayevaçıqlayıb.

Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsiqutusuna unikal seriya nömrəsi verilir:

“Bu məlumat xüsusi DataMatrix kodun daxilində yerləşdirilir vəAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləməİnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədəistehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsibütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdətanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmışdərman vasitələri dərhal aşkar edilir və onların dövriyyəyəburaxılmasının qarşısı alınır”.

Şöbə müdiri qeyd edib ki, dərman vasitəsi aptekdə satıldıqda vəya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktivedilir: “Əgər eyni kod ikinci dəfə istifadə olunarsa, sistem dərhalxəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyəburaxılmış dərman vasitələrinin operativ şəkildə aşkar edilməsinəimkan yaradır. Nəticədə demək olar ki, sistem saxta dərmanvasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərmanvasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışınqeydiyyata alınması dərman vasitələrinin təhlükəsiz təminatınınəsasını təşkil edir”.

Seçilən
5
9
az.trend.az

10Mənbələr