AZ

Əliyar Ağayev Tovuz şəhər stadionuna gəlməsin tovuzlu azarkeşlər də ona haqqını haram etdi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkə kubokunun yarımfinalının ilk oyununda "Zirə"yə uduzan (0:2) "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev matçdan sonra "od püskürdü". O, matçın baş hakimı Əliyar Ağayevi yanlış qərarlar verməklə suçladı və azarkeşlərin bu məsələyə səssiz yanaşmamasını istədi.Bəs, tovuzlu tərəfdarların məlum hadisələrlə bağlı mövqeyi necədi?Bu sualla "Ultras Turan" fanklubunun rəhbəri Kamal Saqqayevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Fanklub olaraq, Ehtiram Quliyevin yanındayıq. Onu sona qədər dəstəkləyirik. Ehtiram müəllimin klub üçün necə əziyyət çəkdiyini bütün futbol ictimaiyyəti görür. Biz sonuna qədər Ehtiram müəllimin arxasında olacağıq. Əliyarkimiləri "Turan Tovuz"un oyununda görmək istəmirik. Bu, birinci belə hal deyil. Komandamızın "Sabah"a, evdə "Zirə"yə qarşı keçirdiyi matçlarda da belə hadisələr yaşanıb. Qərarlarda qərəz var. Buna başqa ad vermək olmaz. Sizin vasitənizlə AFFA-dan xahiş edirik ki, Əliyar kimi hakimlər "Turan Tovuz"un oyunlarına təyinat almasın, Tovuz şəhər stadionuna gəlməsin. Belə hakimliklə çox uzağa gedə bilmərik. Bu gün hamı bölgə klublarını inkişaf etdirə bilmək üçün sponsor axtarır. Ehtiram müəllim onu da düz deyir ki, belə şəraitdə bölgə klublarına yatırım etməyin mənası yoxdu. Haqqımızı bir oyunda yeyənlərin Allah bəlasını versin. Bütün azarkeşlər adından deyirik ki, əziyyətimiz Əliyarın haramı olsun".

KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
icma.az

3Mənbələr