AZ

“Mançester Siti” Qvardiolanın yerinə namizədləri müəyyənləşdirib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Mançester Siti” futbol klubu baş məşqçi Xosep Qvardiolanın gedişi halında mümkün variantları araşdırmağa başlayıb.

İdman.Biz-in "Goal"a istinadən verdiyi məlumata görə, ispaniyalı menecer mövsümün sonunda klubdan ayrıla bilər, lakin hələlik yekun qərar verilməyib.

Mənbənin məlumatına görə, "Siti"nin meneceri vəzifəsinə əsas namizədlər hazırda “Bavariya”nı çalışdıran Vensan Kompani və Almaniya millisini çalışdıran Yulian Nagelsmandır.

Qvardiolanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, klub rəhbərliyinin artıq mümkün dəyişikliklərə hazırlaşdığı bildirilir.

“Mançester Siti” hazırda Premyer Liqa turnir cədvəlində “Arsenal”dan doqquz xal geridə, bir oyun ehtiyatda ikinci yerdədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
icma.az

2Mənbələr