AZ

Ən çox prorektor olan universitetlər - SİYAHI


Azərbaycanda ali təhsil müəssisələri arasında ən çox prorektor sayı 6-dır. Bu göstərici universitetlərin geniş idarəetmə strukturuna malik olduğunu göstərir və bir neçə ali məktəb bu maksimum rəqəmə çatıb. Bu rəqəm həm tədrisin, həm elmi fəaliyyətin, həm də beynəlxalq əlaqələrin daha səmərəli təşkili üçün vacib sayılır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti və Odlar Yurdu Universiteti ən çox prorektoru olan ali məktəblər sırasındadır. Hər bir universitetdə tədris, elmi işlər, beynəlxalq əməkdaşlıq və inzibati sahələr üzrə fəaliyyət göstərən 6 prorektor çalışır. Odlar Yurdu Universitetində isə 5 prorektor fəaliyyət göstərir.
Prorektorların sayının çox olması universitetlərin tələbə sayının çoxluğu, müxtəlif fakültələr və bölmələr üzrə idarəetmənin ayrılması ilə bağlıdır. Məqsəd həm tədrisin, həm də elmi fəaliyyətin keyfiyyətinin artırılmasına nail olmaqdır. Ali təhsil müəssisələrimizin buna nə qədər nail olub-olmaması isə başqa mövzudur. \\Metbuat.az


Seçilən
8
1
gender.az

2Mənbələr