AZ

Kuba prezidenti ABŞ la dialoqa hazır olduğunu təsdiqlədi

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kuba prezidenti Miqel Dias-Kanel ABŞ konqresmenləri ilə görüşdüyünü və onlara adanın blokadası nəticəsində dəyən ziyan barədə məlumat verdiyini açıqlayıb. O, həmçinin Havana hökumətinin Vaşinqtonla ciddi dialoqa hazır olduğunu təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Dias-Kanel "X" sosial şəbəkəsində yazıb.

"ABŞ konqresmenləri Pramila Ceyapal və Conatan Ceksonu qəbul edərkən, mən onlara ticarət-iqtisadi blokada nəticəsində dəyən cinayətkar ziyanı, xüsusilə də hazırkı ABŞ administrasiyası tərəfindən tətbiq olunan enerji embarqosu və daha aqressiv hərəkətlər təhdidlərini bildirdim. Hökumətimizin Vaşinqtonla ciddi və məsuliyyətli ikitərəfli dialoqa, mövcud fikir ayrılıqlarının həllinə hazır olduğunu təsdiqlədim", - deyə o qeyd edib.

Yanvarın sonunda ABŞ prezidenti Donald Tramp administrasiyası Kubaya yanacaq tədarüklərinin tam blokadasına yönəlmiş qərar qəbul edib. Bu vəziyyət ölkədə kəskin böhrana səbəb olub, xüsusilə enerji sahəsində. Karib adasında benzin və dizel yanacağı çatışmır, elektrik kəsintiləri 10 saatdan çox davam edir. Son dövrlərdə Kuba hökuməti, o cümlədən Dias-Kanel, Vaşinqtonla bərabərhüquqlu və şərtsiz dialoqa hazır olduqlarını bir neçə dəfə açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr