AZ

KİV: Liverpul Məhəmməd Salahı kiminlə əvəzləyəcəyini müəyyən edib

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İngiltərə nəhəngi "Liverpul" futbol klubu növbəti yay "transfer pəncərəsi" üçün hədəflərini müəyyənləşdirib.

Oxu.Az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, klubun əsas məqsədi "Əl-Hilal"ın gənc və istedadlı hücumçusu Markos Leonardonu öz heyətinə qatmaqdır.

Mersisaydlılar cari mövsümün sonunda komandanı tərk edəcək misirli ulduz Məhəmməd Salahın yerinə məhz bu 22 yaşlı futbolçunu ideal namizəd hesab edir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" Markos Leonardonu 2024-cü ilin yayında Portuqaliyanın "Benfika" klubundan transfer etmişdi.

Qısa müddətdə diqqətləri üzərinə çəkən braziliyalı hücumçu 71 rəsmi matçda rəqib qapılarından 44 top keçirib və dörd məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
37
sherg.az

10Mənbələr