AZ

"Şuşa"ya yenə maliyyə yardımı ediləcək" - federasiyadan komandanın narazılığına cavab

Futzal üzrə yüksək liqada vəziyyət ürəkaçan deyil.

Xatırladaq ki, 16-cı turun matçlarından yalnız biri ("Araz-Naxçıvan" - "Baku Fire") baş tutdu.
Federasiyaya rəsmi müraciət edərək növbəti oyunlarda iştirak edə bilməyəcəyini bildirən "Lənkəran"ın "Neftçi"yə, "Şuşa"nın isə U-19-a qarşı görüşləri maliyyə böhranına görə alınmadı. "Şuşa" rəsmi "instaqram" hesabında yaydığı bəyanatda bildirdi ki, maliyyə probleminə görə dəfələrlə Futzal Federasiyasına müraciət etsə də, müsbət nəticə əldə olunmayıb.

Mövzuyla bağlı qurumun mövqeyini öyrəndik. AFF-nin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun "Football-plus.az"a cavabı:

"Federasiyanın büdcəsindən komandalara maliyyə yardımının edilməsi nəzərdə tutulmayıb. Sadəcə, "Şuşa"ya həm ötən, həm də bu mövsüm müəyyən miqdarda vəsait ödənilib. Komandanın adına və yerli futzalçıların şans qazanmasına görə. "Şuşa"ya yenə maliyyə yardımı ediləcək. Sadəcə, indi müvəqqəti çətinlik var. Komandaya tezliklə kömək ediləcək. Kəsəsi, federasiya "Şuşa"ya maliyyə yardımından imtina etməyib".

KƏNAN BAHADIR
Seçilən
33
1
football-plus.az

2Mənbələr