Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Bakı şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir müavini təyin ediləcək.
“AzPolitika”ya təhsil sektorundakı mənbələrdən daxil olan məlumata görə, bu posta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu, hazırda İdarənin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsini tutan Turənə Məcidli təyin olunacaq.
Mənbənin məlumatına görə, T. Məcidli hazırda boş olan İdarənin müdiri vəzifəsinə iddialıdır.
Qeyd edək ki, BŞTİ-nin müdiri vəzifəsini Nərminə Hüseynova icra edir. Onun 2025-ci il 21 may tarixli əmri ilə T. Məcidli sektor müdiri təyin olunub.
“AzPolitika”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.