AZ

Var yoxumu söydü, hamı da eşitdi Bilyard salonunda dava düşdü

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində bilyard playstation salonunda dava olub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 20-də, saat 21:00-da şəhərin 3-cü məhəlləsində yerləşən “Stadium 21” bilyard playstation salonunda baş verib. Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Tacəddin Abdulla ilə mübahisə edib, onun sağ üz nahiyyəsindən əli ilə zərbə vurub. Daha sonra Abdulla onun əlindən çıxaraq küçəyə qaçıb. Buna baxayaraq onu təqib edib, küçədə onun üz və baş nahiyyəsinə yumruq, şillə ilə yenidən zərbələr vurub. İstintaq orqanı tərəfindən Tacəddinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tacəddin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Sumqayıt şəhəri, 3-cü məhəllədə yerləşən “Stadium 21” bilyard playstation salonunda bir ilə yaxındır ofisiant işləyib:“İş iki növbəli olub. Gündüz növbəsində mən səhər saat 10:00-dan axşam saat 21:00-dək, axşam növbəsindən səhərə kimi isə Rəcəb işləyib. İyunun 20-də mən işdə olmuşam. Həmin vaxt Rəcəb də gəldi. Saat təxminən 21 radələrində salonda 10 nəfərə yaxın adam olub. Onlardan 3 nəfər bilyard oynayıb, kabinetdə oyunda 4 nəfər, 2 nəfər ayaq üstə növbə gözləyib. 4 nəfər də sükanda oynayıblar. Mən bilyard oynayıb qurtaran azyaşlı uşaqlara vaxtları qurtardığı üçün bayıra çıxmalarını xahiş etdim. Lakin onlar bayıra çıxmadı. Bir neçə dəfə onlara bayıra çıxmağı dedim. Lakin, onlardan biri çıxsa da digəri, sonradan adının Abdulla olduğunu öyrəndiyim uşaq çıxmadı. Abdullaya bir daha mənə söz gəldiyini, oynamırsa salonu tərk etməsini dedim. Amma Abdulla çıxmadı, uşaqlar oynayıb qurtardıqdan sonra onlarla birlikdə çıxacağını dedi”. Təqsirləndirilən şəxs qeyd edib ki, obyektə nəzarət edən şəxs kimi Abdullanın bu hərəkətindən bərk hiddətlənsə də, öz yerində işinə davam edib:“Bundan əlavə müdirin kameraya baxaraq ortada dayanan şəxslərə görə mənə irad bildirəcəyindən narahat oldum. Bir qədər sonra Abdulla dayandığım yerə gələrək əl jestləri ilə mənimlə kobud danışaraq, bayaq nə baş verdiyini soruşdu və haqlı olaraq orada dayandığını bildirdi. Obyektə nəzarət edən şəxs kimi məndən neçə yaş kiçik uşağın mənimlə bu formada danışmasından əsəbləşdim, özümü saxlaya bilmədim və Abdullanın üzündən bir dəfə şillə ilə vuraraq ona salonu tərk etməsini dedim. Sonra öz işimə davam etdim”. Təqsirləndirilən şəxs deyib ki, daha sonra Abdulla iş yoldaşı Rəcəbin təkidi ilə salondan çıxıb:“Həmin vaxt ərzində Abdullanı təkrar vurmamışam və ya onunla mübahisəni davam etdiməmişəm. Lakin, Abdulla pilləkəndən çıxan zaman ünvanıma var-yox söyüşü söydü və bunu hər kəs eşitdi. Abdullanın söyüşünə görə özümü toparlaya bilmədim, onun arxası ilə çıxdım. Küçədə onu yumruq və şillə zərbəsi ilə vurdum. Rəcəb araya girərək bizi araladı. Bundan sonra yaxınlıqda olan taksiyə əyləşərək oradan uzaqlaşdım”.Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya  elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
demokrat.az

1Mənbələr