AZ

"9-cu sinif buraxılış imtahanları o qədər də ciddi əhəmiyyətli imtahan deyil" - AÇIQLAMA 

"Dünən 9 illik bazadan 49 mindən çox şagird üçün buraxılış imtahanı keçirildi. Bu imtahanda şagirdlərin müəyyən bir hissəsi riyaziyyat fənni ilə bağlı çətinliyi və yaxud da səhv sualın olduğunu dilə gətirirlər. Düşünürəm ki, imtahan gedişatında hazırlıqlı şagirdlər sualları cavablandıra bilirlər".

Bunu Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi.

Müsahibimiz aprelin 12-də və 26-da keçiriləcək növbəti 9 illik buraxılış imtahanlarından da danışdı:

"Bütün istiqamətlər üzrə suallar eyni prinsiplə tətbiq olunur: sadə, orta və çətin olmaqla. Digər zonalarda, aprelin 12-də və 26-da da eyni prinsip tətbiq olunacaq. Düşünürəm ki, burada narahatlığa əsas yoxdur. 9-cu sinif buraxılış imtahanları orta ixtisas təhsili müəssisələrinə 9 illik bazadan qəbul olmaq istəyənlər üçün bir o qədər əhəmiyyət kəsb edir, eyni zamanda da gələcəkdə fərqlənmə attestatı almaq istəyən şəxslər üçün əhəmiyyətlidir. Amma bir o qədər də ciddi əhəmiyyətli imtahan deyil. Yəni narahatlıq və yaxud da həyəcan keçiriləcək bir imtahan deyil. Daha diqqətli hazırlaşan şagirdlər imtahan suallarını cavablandırmaqla bağlı çətinlik çəkməyəcəklər. Hər hansı bir imtahandan sonra elmi və yaxud da texniki səhv aşkarlanarsa, təbii ki, bu əsaslandırılarsa, belə olduğu halda Dövlət İmtahan Mərkəzi həmin səhv sualla bağlı şagirdlərin xeyrinə qərar qəbul edir. Ümumilikdə dünən keçirilmiş imtahandan sonra şagirdlərin yanaşması 9 martda 11-ci sinifdən keçirilmiş buraxılış imtahanları ilə müqayisə ediləndə olduqca yaxşıdır. Bir o qədər də ciddi bir narahatlıq və yaxud narazılıq yoxdur".

Aytəkin TOFİQQIZI

Seçilən
40
1
redaktor.az

2Mənbələr