AZ

Qazaxıstanda bəndin yarılması ilə əlaqədar möhkəmləndirmə işləri aparılır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Astana, 6 aprel, AZƏRTAC

Qazaxıstanın Korqaljın rayonunda bəndin möhkəmləndirilməsi işləri davam etdirilir.

AZƏRTAC bu ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, bəndin yarılması ilə əlaqədar nəticələrin aradan qaldırılmasına 254 nəfər, 66 ədəd texnika və 4 motopompa cəlb olunub.

Bundan başqa, 4 min kubmetrdən çox su çəkilib. Paralel olaraq “Astana–Korqaljın” avtomobil yolu boyunca 1100 metr və Sabındı kəndi boyunca 500 metr uzunluğunda torpaq bəndlərin çəkilməsi işləri aparılır. Əriyən suların yönləndirilməsi üçün uzunluğu 100 metr olan ötürücü kanal qazılıb.

Bundan əvvəl rayonda Sabındı kəndindən 2 km şimalda yerləşən “Şoptıköl” bəndində yarılma qeydə alınıb. Vəziyyət Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azertag.az

1Mənbələr