AZ

“Şimali Kiprin TDT-yə üzvlüyü türk dünyası coğrafiyasını böyüdəcək” -Deputat

"Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda qəbul edilməsi mühüm addım olsa da, hər bir dövlət kimi onun da əsas hədəfi tamhüquqlu üzvlükdür".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.

Onun sözlərinə görə, üzv ölkələrin ortaq qərarı ilə reallaşa biləcək bu üzvlük həm coğrafi, həm də tarixi, mədəni və sosioloji faktorlar baxımından böyük əhəmiyyət kəsb edir:

"Şimali Kiprin təşkilata tamhüquqlu inteqrasiyası türk dünyası coğrafiyasının Aralıq dənizinin mərkəzinə qədər genişlənməsi deməkdir ki, bu da öz növbəsində iqtisadi fəaliyyət və kommunikasiya imkanları baxımından strateji üstünlüklər vəd edir. Xüsusilə, "quru Süveyş kanalı" hesab olunan Zəngəzur dəhlizinin açılmasından sonra bu logistik xətlərin Aralıq dənizindəki adaya qədər uzadılması yükdaşımaları və iqtisadi əlaqələri yeni müstəviyə daşıyaraq Türk Dövlətləri Təşkilatını daha əlverişli mövqeyə çatdıra bilər".

Müsahibimiz belə bir perspektivin ümumi mənafelərimizin təmin olunması baxımından olduqca faydalı hesab edir.

Xədicə BAXIŞLI 

Seçilən
10
1
redaktor.az

2Mənbələr