AZ

Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldovanı məğlub etdi

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan millisi ilk yoldaşlıq oyununa çıxıb.

Fanat.Az-ın AFFA-ya istinadən məlumatına görə, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığmasını məğlub edib - 8:5.

Millimizdən Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

Seçilən
11
6
fanat.az

10Mənbələr