AZ

Xameneinin yas mərasiminin tarixi açıqlandı

İranda fevral ayında öldürülən ölkənin keçmiş rəhbəri Əli Xamenei üçün keçiriləcək rəsmi yas mərasimlərinin vaxtı müəyyənləşib. İran İslami Təbliğat Təşkilatının yaydığı məlumata görə, aprelin 8, 9 və 10-da ölkənin əksər bölgələrində genişmiqyaslı anım tədbirləri təşkil olunacaq.

NOCOMMENT.az xəbər verir ki, planlaşdırılan mərasimlər şəhər meydanlarında matəm və sinəvuran qrupların iştirakı ilə başlayacaq. Daha sonra həmin matəm qrupları Xameneinin dağıdılmış iqamətgahına doğru yürüş edəcəklər.

Qeyd edək ki, Əli Xamenei, ailə üzvləri və bir neçə yüksək rütbəli hərbi komandirlə birlikdə bu ilin 28 fevral tarixində ABŞ və İsrail ordularının birgə həyata keçirdiyi hava hücumları nəticəsində həlak olub.

Sara,
NOCOMMENT.az

Seçilən
58
nocomment.az

1Mənbələr