AZ

Nəhəng ağac “BYD”nin üstünə AŞDI

Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində (Hematologiya və Transfuziologiya İnstitutunun qarşısı) güclü külək səbəbindən ağac avtomobilin üzərinə aşıb.

Hafta.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, yol kənarındakı qurumuş nəhəng ağac qırılaraq park edilmiş 77-OK-527 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin üzərinə aşıb. Zərbənin təsirindən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qeyd edək ki, paytaxtın digər ərazilərində də güclü külək nəticəsində oxşar hadisələr baş verib./“avtosfer”/

 
Seçilən
17
9
hafta.az

10Mənbələr