AZ

İranın BƏƏ-yə raket və PUA hücumu - 4 yaralı

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri aprelin 6-da İrandan atılan 12 ballistik raket, 2 qanadlı raket və 19 dronu ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı WAM yayıb.

Məlumatda bildirilib ki, zərbələr nəticəsində dörd nəfər yaralanıb və bununla da münaqişənin başlanğıcından bəri ölkədə yaralananların ümumi sayı 221-ə çatıb.

Nazirlik qeyd edib ki, İran hücumlarının başlanğıcından bu günə qədər BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 519 ballistik raket, 26 qanadlı raket və 2210 dronu ələ keçirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
62
1
redaktor.az

2Mənbələr